AB-nin Türkiyə ilə danışıqlarının səbəbi açıqlandı

AB-nin Türkiyə ilə danışıqlarının səbəbi açıqlandı


Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların aparılması onun Rusiya və Çinlə yaxınlaşmasının qarşısını almaq üçündür.

Axar.az xəbər verir ki, bunu alman mətbuatına açıqlamasında millət vəkili Roderika Kiesvetter söyləyib. Onun sözlərinə görə, AB ilə Türkiyə arasındakı müzakirələrin dayandırılması Qərb üçün böyük xəta olacaq:

“Türk cəmiyyəti üzərindəki təsirimizi davam etdirməliyik. Üstəlik, Avropa perspektivinə inanan, insan haqları, hüquq dövləti və mətbuat azadlığı standartlarının gücləndirilməsini istəyənləri dəstəkləməliyik. Bundan kənarda olan hər şey radikalları gücləndirəcək. Əgər müzakirələri dayandırsaq, Ərdoğan Qərbdən uzaqlaşacaq və bəlkə NATO-dan da çıxmağa cəhd edəcək. Bunun qarşısını almaq lazımdır. Türkiyə bir çox sahədə AB-yə ondan öncə üzv olan Rumıniya və Bolqarıstandan daha irəlidə idi. Ankara ilə müzakirələrin məqsədi Türkiyənin üzvlüyü deyildi. Burada məqsəd Türkiyənin Rusiya və ya Çinlə yaxınlaşmamasıdır. Ümumiyyətlə, yaxın gələcəkdə Ankara AB-də olmayacaq. AB heç vaxt Türkiyəyə qarşı dürüst olmayıb. AB-nin hədəfi ətrafında stabil ölkələr yaradılmasıdır. 75 milyon əhalisi və 500 minlik ordusu olan ölkənin stabil olmasından əl çəkərsək ətrafımızda qeyri-stabil bölgə yaratmış olarıq. AB ilə müzakirələr davam etməlidir, amma onun 10 il ərzində AB-yə üzv olmayacağını da dürüst şəkildə deməliyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...