Türkiyədə növbəti terror aktı törədilib: 2 ölü, 1 yaralı var

Türkiyədə növbəti terror aktı törədilib: 2 ölü, 1 yaralı var

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Şırnak şəhərinin Beytüşşebap rayonunda baş verib. Məlumata görə, bü gün səhər saatlarında kənd mühafizəçiləri növbə çəkdikləri əraziyə gedərkən PKK terrorçuları əvvəlcədən yerləşdirdiyi minanı partladıblar.

Nəticədə eyni ailədən İdris Aslan və Recep Aslan hadisə yerində həlak olub, Fesih Aslan da yaralanıb. Beytüşşebap Dövlət Xəstəxanasına aparılan F.Aslan ilkin müdaxilədən sonra helikopterlə Şırnak hərbi hospitalına gətirilib. Terrorçuların zərərsizləşdirilməsi üçün havadan da dəstək verilməklə antiterror əməliyyatı başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...