Ruhani: “ABŞ öhdəliklərini tam icra etmir”

Ruhani: “ABŞ öhdəliklərini tam icra etmir”



İran prezidenti Həsən Ruhani ötən gün bildirib ki, ABŞ İranın nüvə razılaşmasına dair üzərinə götürdüyü öhdəlikləri tam icra etmir.

“Əgər onlar öz öhdəliklərinə sonadək sadiq qalsaydılar və nüvə razılaşmasının icrası prosesinə əngəllər yaratmasaydılar, biz onlara güvənə bilərdik və digər məsələləri də müzakirə edərdk”, - deyə İran prezidenti qeyd edib.


Qeyd edək ki, avqustun 1-də İranın ali lideri Ayətullah Hamenei Vaşinqtonu İranın nüvə razılaşmasına dair üzərinə götürdüyü öhdəlikləri icra etməməkdə və Tehranın digər ölkələrlə əlaqələrini pozmaq cəhdlərində günahlandırıb.

Bununla belə, Ruhani gələcəkdə bu problemlərin aradan qaldırılacağına ümidvar olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...