Gürcüstan prezidenti yenidən Bakıya gəlir

Gürcüstan prezidenti yenidən Bakıya gəlir


Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yaxın vaxtlarda Azərbaycana səfər edəcək. AzVision.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Giorgi Marqvelaşvili bu ilin 10 mart tarixində Bakıya səfər edəcək.

Qeyd edək ki, Gürcüstanın prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı şəhərində təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək.

O, cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...