ABŞ Suriyada kürdlərə muxtariyyət verilməsini istəmir

ABŞ Suriyada kürdlərə muxtariyyət verilməsini istəmir


ABŞ Suriyada kürdlərə muxtariyyət verilməsini istəmir.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirby keçirdiyi mətbuat konfransında bildirib. C. Kirby ABŞ-ın Suriyanın federal dövlətə çevrilməsini, Suriyada kürtlər üçün yarı muxtar bir bölgə qurulmasını istəmədiyini vurğulayıb. Dövlət Departamentinin sözçüsü Suriyada qarşıdurmaların azalmasından sonra hakim rejimlə müxaliflər arasında diplomatik müzakirələrin başladığını da qeyd edib. C. Kirby müzakirələr uğurlu olarsa, Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumətin qurulacağını söyləyib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın Suriyanın gələcəyində Bəşər Əsədin yerinin olmadığını düşündüyünü və ölkədə Bəşər Əsədin olmadığı bir hökumətin qurulmasını istədiyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...