Rusiya polis helikopteri qəzaya uğradı: 2 ölü, 2 yaralı

Rusiya polis helikopteri qəzaya uğradı: 2 ölü, 2 yaralı


Rusiya Daxili İşlər Nazirliyinin "Mi-8" helikopteri qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Rusiyanın İvanovo və Vladimir vilayətlərinin sərhədində baş verən hadisə nəticəsində 2 pilot ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsinin Volqaboyu Nəqliyyat İdarəsinin yaydığı məlumata görə, helikopterin göyərtəsində 4 pilot olub.

İlkin məlumata əsasən, helikopterin göyərtəsindəki 4 nəfərlik ekipaj salamatdır. Vertolyot meşəyə düşüb. Helikopter İvanovodan Moskvaya uçurmuş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...