Rusiya və OPEC razılaşdı - Neft hasilatı dondurulur

Rusiya və OPEC razılaşdı -


OPEC və Rusiya neft hasilatını 11 yanvar səviyyəsində dondurmaq haqda razılıq əldə ediblər. Avropa.info xəbər verir ki, tərəflərin əldə etdiyi razılığın predmetlərinə nəzarət etmək isə Qətər hökumətinə həvalə olunub.

Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Nəimi və Rusiyanın energetika naziri Aleksandr Novak arasında Qətərdə baş tutan görüş zamanı tərəflər neft satışını dondurmaq haqda zaqılıq əldə ediblər.

Dünyanın iki ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı və Rusiya bu addımına münasibət bildirən Qətərin Energetika naziri əs-Səda neftin qiymətinin aşağı düşməsinin dünya üçün müsbət nəticə vermədiyini, OPEC və Rusiyanın müvəffəqiyyətli bir addım atdığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...