“Bizə Türkiyə ilə gərginlik lazım deyildi"- Medvedev

“Bizə Türkiyə ilə gərginlik lazım deyildi"-


Münhen Təhlükəsizlik Konfrasında iştirak edən Rusiyanın baş naziri Dmitri Medvedev Time jurnalına geniş müsahibə verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Medvedev ölkəsinin Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyini deyib.

“Biz heç nə xahiş edən deyilik. Siz bizim ədəbiyyatımızı yaxşı tanıyırsınız. Bulqakovun “Master və Marqarita” əsərində belə bir ifadə var, Voland deyir ki, heç vaxt heç kəsdən heç nə istəməyin, özləri təklif edəcək, özləri razılaşacaq”. Bundan başqa, müsahibə zamanı Medvedev Türkiyənin Su-24 təyyarəsini vurmaqla, NATO-nu ağır duruma saldığını, dünyada nüvə potensialına malik ölkələrin artmasının qlobal təhlükə olduğunu və Rusiyanın Qərblə silah yarışına girmək fikrində olmadığını deyib.

“Biz nə Türkiyə ilə, nə Pribaltika ilə, nə də Amerika ilə gərginlik lazım idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...