Tacikistan və Qırğızıstan arasında sərhəd açılır – Tarix

Tacikistan və Qırğızıstan arasında sərhəd açılır –
Tacikistan və Qırğızıstan arasındakı sərhəd martın 13-də açılacaq.

Axar.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb.

Hazırda sərhəddə Soqd və Batken vilayətlərinin rayon rəhbərləri görüşür, onlar dövlət sərhədlərinin açılmasına hazırlaşırlar.

"Sərhəd keçidinin hər iki tərəfdən rəsmi açılışı iki ölkənin yüksək səviyyəli hökumət rəsmiləri və sərhəd xidməti əməkdaşlarının iştirakı ilə baş tutacaq”, - mənbə bildirib.

Qeyd edək ki, məlumatı İsfara administrasiyası da təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...