Osmanlının içki düşkünü olan sultanları - SİYAHI

Osmanlının içki düşkünü olan sultanları -


“Möhtəşəm Yüzyıl” və “Möhtəşəm Yüzyıl –Kösəm” seriallarının yayımından sonra Türkiyədə olduğu kimi Azərbaycanda da Osmanlı tarixinə maraq artıb. 1299-1923-cü illərdə mövcud olan, cahana hökmranlıq edən imperiya təəssüflər olsun ki, adına layiq olan sonluqla estafeti öz xələfi olan müasir Türkiyəyə verə bilmədi. Osmanlının canvermə ərəfəsində, daha dəqiq 1920-ci ildə yazılan Sultan Əbdülhəmin “Osmanlını babalarımın içki sevdası yıxdı” başlıqlı 35 səhifədən ibarət irihəcmli yazısında xeyrli maraqlı faktlara rast gəlinir. “Ali Osman” soyunun son daşıyıcılarından olan Əbdülhəmin 35 səhifəlik məqalədə bütün saray əskikliklərini, sultanların bəzi naqsiliklərini qeyd edib ki, onların da arasında içki və tiryəkə meyillilik çox olub. Moderator.az saytı həmin məqalədən bəzi sitatları qeyd edir:

Sultan IV Murad - özü həm içki içir, həm də bəzən tiryəkdən istifadə edərdi. Lakin bunların dövlətdə istifadə edilməsinə heç vaxt imkan verməz və qadağaya tabe olmayanları son dərəcə çətin cəzalarla üz-üzə qoyardı. Həqiqətən ən böyük padşahımız arasında sayılmaq qabiliyyətinə malik idi və mərdliyi ilə bütün Osmanlıları heyrətdə qoymuşdu. Fəzilət sahibi idi, qədim pəhləvanların qaldırmadıqları dəmirlərə və toppuzlara başqa halqalar əlavə etdirir və bunları qaldıraraq hünərini icra edərdi. Bağdad və İran səfərlərinə çıxan iqtidar sahibi olan padşah, gələcəyin ən böyük hökmdarı da ola bilərdi. Lakin o içdiyi şərabların qurbanı oldu. Dövlətin taleyini və gələcəyini İbrahim kimi ağıl nöqsanı və anlayışdan məhrum bir şəxsə edərək dünyadan çəkildi.

Sultan II Bəyazid: Fatih Sultan Məhmət xan həzrətlərinin oğlu olan İkinci Bəyazid, atasının əzəmətinə və böyüklüyünə sahiblikdən məhrum oldu. Nə atasından ona qalan böyük dövləti idarə edə, nə də İslam aləminin süqutuna mane ola bildi. O zaman İspaniyada və başqa yerlərdə avropalıların müsəlmanları işgəncələrlə qətlə yetirmələrinə qarşı bir çarə tapdı və haqq səsini qaldırdı. Amma millətə qarşı vəzifələrini yerinə yetirə bilmədi. İçkiyə olan bağlılığı üzündən dövlətin gələcəyinin böyük bir fəlakətlə qarşı-qarşıya qoydu. Belə olan surətdə oğlu Yavuz Sultan Səlimin şiddətli müdaxiləsi ilə əzilib aradan götürüldü. Fəlakətinin əsas səbəbi isə çox içməsi idi.

Sultan II Səlim: Qanuni Sultan Süleyman kimi böyük bir padşahın yeganə səhvi, ağıllı övladı Şahzadə Mustafanı fəda edərək dövlətin idarəsini İkinci Səlim kimi bədxərc bir sərxoşa buraxması idi. Yükləliş dövrünün sona çatması məhz bundan başladı. İkinci Səlim, Kipr şərabı ilə sərxoş olan və heç bir işə yaramayan başını qədim sarayda hamam mərmərə çarparaq parçalamış və bu surətlə layiq olduğu mənəvi cəzaya məruz qalaraq cismini dünyadan qaldırmışdı. Artıq bundan sonra Osmanlıda səfalət, şərab içki, şəhvət və israf dövrü başladı. Fəlakət yollarına doğru böyük addımlar atıldı. Uğranan hər cür bəla fədakar millətə yüklənmiş, rifah və səadət uzaqlaşmış və arada bir üzünü göstərmiş isə də, axşam günəşi kimi dərhal batıb getmişdi.

III Murad və III Məhmət: Bu iki padşaha "Osmanlı Dövlətinin amansız cəlladı" deyirlər ki, bu da doğrudur. Hər cür rəzaləti icra edərək Osmanlının əzəmətli səltənətini süquta mahküm etdilər. III Məhməd şahzadələrin qəfəs arxasında yaşamaları qaydasını də icad etmişdir.

III Əhməd: Dövlətin ən həssas vaxtlarını Lalə Dövrünə çevirərək bütün milləti zövq və səfa ilə məst edən bir padşah oldu. Daha sonra isə çox fürsətlər əldən qaçdı. Çünki padşahın əyləncədən başını qaldırıb dövlətin perspektivini görməyə vaxtı yox idi. Zatən baxsa da belə görmək üçün artıq bir qabiliyyəti qalmamışdı. İçki bütün gücünü aparmışdı. Səfalət Osmanlını tamamilə ələ keçirmişdi. Çıxan bir üsyan nəticəsində səltənəti Birinci Mahmuda həvalə edib uğursuz şəkildə bir küncə çəkilməyə məcbur oldu.

II Mahmud: Tariximizin tədqiq etməyə ən çox layiq olan dövrlərindən biri, babam II Mahmudun hakimiyyət illəridir. Osmanlını acı keçmişdən alıb parlaq bir şəkildə gələcəyə ötürən əzmli bir padşah idi babam. Gənc yaşında ikən üzərinə götürdüyü vəzifələr o qədər əhəmiyyətli və o qədər də çətin idi ki, keçmişdən gələn dərdlərin altında əzilirdi. Belə çətin bir zamanda üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilməsi üçün lazım olan az elmin və irfanın yanında böyük cəsarətə də malik idi. Bu sayədə bəzi səhvlərinə baxmayaraq, dövlətin yenidən ayağa qaldırılması üçün lazım olanları yerinə yetirməyə müvəffəq oldu, amma nə çarə ki əsərini tamamlamamış hələ gənc sayıla biləcək bir yaşda vəfat etdi.

Sultan Əbdül Məcid: Səltənətə, dövlətin ən böhranlı vaxtında gəlmişdi. Atasının özünə qoyduğu mühüm amma tamamlanmamış vəzifəni üzərinə götürərək eyni siyasəti böyük bir hakimiyyətlə davam etdirdi. Tanzimatı cahana elan edərək bütün dövlətlərin etimadını qazandı. Osmanlı İmperiyasını Avropa dövlətlərinin arasına qatdı, Krım döyüşünü də qələbə qazandı və məmləkətinə böyük xidmətlər etdi. Amma min dəfə təəssüflər olsun ki, atasından təhvil aldığı işləri bitirmək üçün daha çox çalışması lazım ikən o da içkiyə düçar oldu və bu üzdən vəfat etdi.

Sultan Əbdüləziz: Atam Əbdüləziz xan həzrətləri, Allaha şükürlər olsun ki, bu kimi əxlaq zəifliklərindən birinə baş deyildi. Hətta, ağzına həyatı boyu bir damla olsun içki qoymadığı kimi tütün də istifadə etməz və qəhvəni belə nadir hallarda içərdi. Bu sayədə olduqca qüvvətli bir bədənə sahib olmuşdu. On beş illik səltənətini heç bir xəstəlik görmədən keçirdi. Amma saray çəkişmələrində şəhid edildi.

Onun övladlarının hamısı ard-arda taxta keçərək Avstriya sərhədindən Bəsrə Körfəzinə uzanan nəhəng bir dövlətin süqutunun səbəbkarı oldular. Mən, bu dörd hökmdarı, tarixin verəcəyi ən şiddətli hökmə çəkəcəyinə inanıram.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...