Türkiyədə MOSSAD agentlərinin “maliyyəçisi” həbs edilib

Türkiyədə MOSSAD agentlərinin “maliyyəçisi” həbs edilib
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) MOSSAD-a qarşı əməliyyat keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə birgə keçirilən əməliyyat nəticəsində Kosovo əsilli Liridon Rexhepi respublikada fəaliyyət göstərən İsrailin MOSSAD kəşfiyyat agentlərini maliyyələşdirməkdə ittiham edilərək həbs olunub.

Telekanalın məlumatına görə, avqustun 30-da terrorla mübarizə idarəsi ilə birgə keçirilən əməliyyat zamanı şübhəli şəxs saxlanılıb.

İşin istintaqı zamanı müəyyən edilib ki, Rexhepi Suriya da daxil olmaqla kəşfiyyat məlumatları toplayan və Fələstin siyasətçilərinə qarşı psixoloji əməliyyatlar həyata keçirən MOSSAD agentlərinə pul köçürüb.

Köçürmələr üçün o, “Western Union” ödəniş sistemindən istifadə edib.

Dindirilmə zamanı Rexhepi İsrail agentlərinə pul köçürmələri etməkdə günahını etiraf edib. O, məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...