Ukrayna məğlub olsa, rus ordusunu Polşa ilə sərhədimizdə görəcəyik – Almaniyalı nazir

Ukrayna məğlub olsa, rus ordusunu Polşa ilə sərhədimizdə görəcəyik – Almaniyalı nazir
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin Almaniya və NATO üçün təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, bunu o, “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində açıqlayıb.

Nazir bildirib ki, Ukraynanın məğlubiyyəti müharibənin NATO ərazisinə keçməsi deməkdir: “Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nə qədər ödəməli olacağımızı hesablamaq çətindir. Nəhayətdə, bu bir nəticə verir: Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”.
Xarici işlər nazir yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib: “Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə - və mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə ünvanlayıram - onda daha milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın?”.

Berbokun sözlərinə görə, artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb: "Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün, ona görə də Ukraynaya yardım genişləndirilməlidir". O, yenidən dünyadakı tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə davam etməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...