Monqolustanda 3 milyondan çox ev heyvanı tələf oldu

Monqolustanda havaların qeyri-adi soyuq keçməsi nəticəsində tələf olan otlayan heyvanların sayı üç milyonu keçib.

Manset.az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar üzrə xüsusi dövlət komissiyası bildirib.

“Mart ayının əvvəlinə olan məlumata görə, güclü qar ilə müşahidə olunan qeyri-adi soyuq qışda ölkəmizdə 3 milyon 89 min 420 baş otlayan heyvan aclıqdan tələf olub. İtkilər 2024-cü ilin əvvəlinə qeydə alınan mal-qara sayının 4,7 faizini təşkil edib”, - deyə məlumatda qeyd olunub.

Məlumata əsasən, indiki çətin vəziyyət gələn yaza qədər daha da ağırlaşacaq.

Meteoroloqların məlumatına görə, Monqolustanda havanın orta illik normadan daha soyuq olacağı, güclü qar və toz fırtınaları olacağı gözlənilir. Bu, mal-qaranın otarılması və qarşıdan gələn balalama dövründə əlverişsiz şərait yaradacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...