İsraildən müdhiş plan: HƏMAS-ın qazdığı tunellər dəniz suyu ilə doldurulacaq

İsraildən müdhiş plan: HƏMAS-ın qazdığı tunellər dəniz suyu ilə doldurulacaq
İsrail HƏMAS-ın Qəzza zolağının altında qazdığı tunel sistemini sıradan çıxarmaq üçün onu dəniz suyu ilə doldurmaq qərarına gəlib.

Planla tanış olan, lakin adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, artıq bu məqsədlərlə xüsusi nasoslar quraşdırılıb.

İddiaya görə, beş nasosdan ibarət sistem anklavın şimalında yerləşdirilib.
“HƏMAS-ın 500 kilometrlik tunellərini Aralıq dənizindən gələn su ilə doldurmaq bir neçə həftə çəkəcək”, - deyə məlumatı ötürən mənbə vurğulayıb.

Mənbə: Wall Street Journal



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...