Kral 1 trilyon dollarlıq dövlət neft şirkətin satışa çıxardı

Kral 1 trilyon dollarlıq dövlət neft şirkətin satışa çıxardı


Səudiyyə Ərəbistanı özünün “Aramco” dövlət neft şirkətinin səhmlərini birja satışına çıxarmağı planlaşdırır. Virtualaz.org xəbər verir ki, bu haqda Səudiyyənin vəliəhd şahzadəsinin müavini Məhəmməd bin Salman “Economist” dərgisinə müsahibəsində deyib. Onun sözlərin görə, hazırda bu məsələyə baxılır.

Ekspertlər bildirirlər ki, bu addım dünyanın ən böyük neft hasilatçısı olan Aramconu ən bahalı birja siyahılarına daxil edəcək. Şirkət cümə günü verdiyi açıqlamada təsdiq edib ki, satışla əlaqədar bir neçə variant nəzərdən keçirilir. “Aramco” bildirib ki, belə bir addımdan məqsəd şirkətin fəaliyyətində “daha geniş ictimai iştirakın təmin edilməsidir”. Hazırda Səudiyyədə büdcə kəsiri 100 milyard dollara yaxınlaşır.“Aramco” şirkətinin xam neft rezervləri 265 milyard barreldir. Bu isə bütün dünyada neft ehtiyatlarının 15 faizi deməkdir.Analitiklər bildirirlər ki, “Aramco”-nun bu qərarının arxasında aşağı neft qiymətləri şəraitində daha çox gəlir əldə etmək niyyəti dayanır.

Vəliəhd şahzadənin müavini Məhəmməd bin Salman “Economist”ə deyib ki, o, şirkətn səhmlərinin birjaya çıxarılmasına tərəfdardır. “Şəxsən mən bu barədə çox həvəsliyəm. İnanıram ki, bu, Səudiyyə bazarının marağında olan bir məsələdir. Bu həm də “Aramco”-nun və onun daha böyük şəffaflığa can atımının, habelə korrupsiyaya qarşı mübarizə məqsədinin marağındadır” –kral ailəsinin üzvü bildirib. O dövlət neft şirkətinin nə qədər səhminin satışa çıxarılacağını bildirməyib, lakin ekspertlər deyirlər ki, şirkətin bütün səhmlərinin qiyməti azı 1 trilyon dollar civarındadır.

Hazırda dünyada ən bahalı birja şirkəti, 543 milyard dəyəri olan “Apple” şirkətidir.“Aramco” hazırda günə 10 milyon barreldən çox neft hasil edir və bu, dünyanın ən böyük istehsalçısı “ExxonMobil”-in hasilatından üç dəfə çoxdur. Ölkənin yeni yaradılmış İqtisadiyyat və İnkişaf Məsələləri Şurasına rəhbərlik edən Məhəmməd bin Salman deyib ki, hökumət habelə özünün səhiyyə, təhsil və hərbi sənayesindəki dövlət aktivlərini satışa çıxarmağı planlaşdırır.O bildirib ki, bu tədbirlər dövlət büdcəsi üzərinə təzyiqi xeyli azaldardı.

“Oppenheimer & Co” firmasından təhlilçi Fadel Geit deyir ki, Aramco-nun sərbəstləşdirilməsi xeyli ağıllı addımdır. Onun fikrincə, səhmlərin hətta 20 faizinin satışa çıxarılması Səudiyyə büdcəsinin bir ilini tam təmin edərdi.Lakin bir sıra təhlilçiləri xəbərdarlıq edirlər ki, potensial investorları “Aramco”-nun daxilindəki ifrat məxfilik və korrupsiya qaçıra bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...