İŞİD Mosul yaxınlığındakı Türkiyə hərbi düşərgəsinə hücum etdi - 17 İŞİD-çı öldürüldü

İŞİD Mosul yaxınlığındakı Türkiyə hərbi düşərgəsinə hücum etdi -


İŞİD Mosul şəhəri yaxınlığındakı Türkiyə hərbi bazasının yerləşdiyi Başika düşərgəsinə növbəti dəfə hücum edib. Avropa.info xəbər verir ki, türk əsgərlərinin cavabı nəticəsində 17 İŞİD-çi öldürülüb. Türk hərbçilərindən ölən və yaralanan olmayıb.

İŞİD bundan bir müddət öncə də, Mosul yaxınlığında türk hərbçilərinin yerləşdiyi Başikaya hücum etmişdi. Qeyd edək ki, Türkiyənin rus təyyarəsini vurmasından sonra,İraq hökuməti türk əsgərlərinin Başika düşərgəsini tərk etməsini tələb edir.Türkiyə isə İraq kürd regional birliyi və yerli türkmənlərin istəyi əsasında bu tələbi geri çevirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...