Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Fransadakı Eyfel qülləsi bu gün ziyarətçilər üçün bağlanıb. Bu barədə məlumat Eyfel qülləsinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Ümummilli tətilə görə Eyfel qülləsi hazırda bağlıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, Fransada davam edən etiraz aksiyaları səbəbindən Luvr muzeyi dünəndən etibarən fəaliyyətini dayandırıb.

Bu gün Fransada pensiya yaşının artırılmasına qarşı başladılan onuncu ümummilli etiraz aksiyası davam edir.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.

Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...