Ukrayna ordusu Rusiyanın daha 850 hərbçisini məhv edib

Ukrayna ordusu Rusiyanın daha 850 hərbçisini məhv edib
Son sutkada Ukrayna müdafiəçiləri Rusiyanın 850 hərbçisini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 127 500 hərbçisini məhv edib.

Qeyd edilib ki, bu müddət ərzində Rusiyanın digər döyüş itkiləri 3 201 tank, 6 378 zirehli maşın, 1 951 operativ-taktiki PUA, 2197 artilleriya sistemi, 454 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 16 gəmi, 284 helikopter, 796 qanadlı raket, 5 048 avtomobil və tanker, 200 xüsusi texnikadan ibarətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...