Neft bazarı gələn il “diriləcək”

Neft bazarı gələn il “diriləcək”

Zəif neft bazarının 2016-cı ildə nisbətən canlanması gözlənilir ki, bu da neft istehsal edən ölkələrin valyutalarını dirçəldə bilər.
CNBC bu barədə təhlilçilərə istinadla yazır. “Neft bazarı aşırı təchiz olunub və qısa perspektivdə durum yaxşı görünmür. Ancaq ilin ikinci yarısında dirçəlmə baş verə bilər” - “UBS Wealth Management” şirkətindən Dominik Şneyder deyir.

Qiymət artımı neft ölkələrinin valyutalarında da artıma səbəb olacaq. ABŞ iqtisadiyyatına sıx bağlı Kanada dollarında da belə bir yüksəliş gözlənilir. Bu il Kanada dolları ABŞ dollarına qarşı 20 faiz düşüb. Bu arada neft də 40 faizədək enib. Hazırda WTİ və “Brent” markalı neftin barreli 38 dollar civarında var-gəl edir. Neftin qiymətində dirçəlməni təkcə UBS-dən D.Şneyder gözləmir.

“Yaxın Şərqdə çoxlu müharibələr gedir; təkcə Şimali Amerikada neft buruqlarının sayı ildən-ilə 60 faiz düşür. Yəni ortaya çox imkanlar çıxacaq” - Nyu-Yorkda “Battery Park Capital”ın baş investisiya rəsmisi Bill Smit deyir. Onun fikrincə, tələb də artacaq və neftin qiymətini tez, ya da gec yüksəldəcək. Ancaq təhlilçilərdən heç biri qiymət proqnozunu açıqlamayıb. CNBC yazır ki, bu, baş versə belə heç də bütün istehsalçıların valyutasına fayda gətirməyəcək. Məsələn, Avstraliya valyutasına təsir göstərən əngəllər çoxdur, özəlliklə də mədən sektorunda...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...