Qarabağda ermənilər heyvanların da nəslini kəsib? - DİREKTOR

Qarabağda ermənilər heyvanların da nəslini kəsib? -
2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi yoxa çıxması baş verə bilər, hətta bəzi növlərin demək olar ki, 40%-i məhv olacaq.

Bu barədə Yeni Zelandiyanın Otaqo Universitetinin Zoologiya kafedrasından bildirilib. “Ola bilsin ki, növlər qlobal miqyasda yoxa çıxmasın, lakin çox güman ki, yeni şəraitə uyğunlaşa bilməyənlər yaşayış mühitlərinin daralmasına və saylarının azalmasına məruz qalacaqlar. Hazırkı böhran hələ pik çatmaya bilər, lakin vəziyyət şübhəsiz ki, ona doğru gedir”, - deyə alimlər bildirirlər.

Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Qırmızı Siyahısına görə, hazırda təqribən 41.000 növ (qiymətləndirilənlərin demək olar ki, 1/3-i) nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Onların arasında Sumatra oranqutanı (Pongo abelii), Uzaq Şərq bəbiri (Panthera pardus orientalis), Sumatran fili (Elephas maximus sumatranus), qara kərgədan (Diceros bicornis) və bir çox başqaları var.

Məlumata görə, bu növlərin bir çoxu 2050-ci ilə qədər tamamilə məhv ola bilər. Məsələn, təbiətdə yalnız 70 dənə Amur bəbiri və 10 dənə Kaliforniya dəniz donuzu qalır. Elm adamlarının fikrincə, insan fəaliyyəti növlərin yox olma sürətini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Maraqlıdır, bəs ölkəmizdə nə qədər heyvan növü nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir? "Qırmızı Kitab"ın yeni nəşrinə hansı yeni növlər daxil edilib?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında AMEA Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov bildirib ki, "Qırmızı Kitab"ın üçüncü nəşrin hazırlanması üçün hazırlıq gedir:

"Azərbaycan Respublikası "Qırmızı Kitab"ının 3-cü nəşrinin hazırlanması üçün Zoologiya İnstitutunda işçı qrupu yaradılıb. "Qırmızı Kitab"ın ilk nəşri 1989-cu ildə, ikinci nəşr isə 2013-cü ildə nəşr olunub. Birinci nəşrə 108 növ, ikinci nəşrə isə 223 növ daxil olub. “Qırmızı Kitab”ın birinci nəşrinə həlqəvi qurdlar, molyusklar, buğumayaqlılar daxil edilməyib. Ümumi götürdükdə 40 növ həşərat, 5 növ balıq, 5 növ suda-quruda yaşayan, 8 növ sürünən, 36 növ quş, 14 növ məməli daxil edilib. İkinci nəşrə isə 1 növ molyusk, 1 növ buğumayaqlı daxil edilib. Bu nəşrdə həşəratlar sinifinə daxil olan daxil olan növlərin sayı 77, balıqlar 9, sürünənlər 14, quşlar 72, suda-quruda yaşayanlar 6, məməlilərin isə 42 növü daxil olub.

Üçüncü nəşrə nəsli kəsilmək və təhlükə al¬tında olmaqla, qorunmasına ehtiyac yaranan 279 növ heyvanın daxil edilməsi planlaşdırılırdı. Lakin aparılan monitorinqlərin nəticələrinə əsasən, müəyyən edilib ki, üçüncü nəşrə 279 növ daxil yox, 247 növ daxil edilməlidir. Üçüncü nəşrə həlqəvi qurdlar 2 növ, molysklar 2 növ, buğumayaqlılar 2 növ, həşəratlar 82 növ, balıqlar 12 növ, suda quruda yaşayanlar 6 növ, sürünənlər 20 növ, quşlar 79 növ, məməlilər isə 41 növ daxil edilib. Onurğasız heyvanlar üzrə 7 növ (məsələn, tibb zəlisi), molysklar 2 növ (Qafqaz anodotu, sədəf ilbizi) buğumayaqlılardan isə 1 növ (Pıizov incəbarmaq çay xərçəngi) yeni növ kimi “Qırmızı kitab”a daxil ediləcək.

Həşəratlar sinfi üzrə 25 növün "Qırmızı kitab"dan çıxarılması, 30 növün isə daxil edilməsi nəzərdə tutulub. Balıqlar sinfi üzrə yeni nəşrə daha 3 növ - Kür siyənəyi, soyuqbulaq külməsinin kitaba daxil olması nəzərdə tutulur. Sürünənlərdən isə 6 yeni növ kitaba daxil olacaq. Quşlar sinfindən 9 növ çıxarılacaq, 16 növ daxil ediləcək. Məməlilər sinfi üzrə isə yeni 41 növün daxil edilməsi nəzərdə tutulur. Yeni nəşrə Hirkan köstəbəyinin daxil edilib, boz ayının çıxarılması nəzərdə tutulur".

E.Əhmədov işğaldan azad olunan ərazilərdə də monitorinq aparıldığını bildirib: "İşğaldan azad olunmuş bölgələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməkliyi ilə ekspedisiyalar təşkil olunur. Füzuli, Zəngilan və Cəbrayıl rayonunda monitoriqnlər aparılıb, qiymətli materiallar toplanılıb. Lakin bu materialların nəticəsi barədə hələlik heç nə deyə bilmərəm, çünki onlar analiz edilir. Bundan əlavə, Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunda tədqiqatlar aparıb. Orada da maraqlı nəticələr əldə edilib. Lakin bu ərazilərdə hələ nəsli kəsilməklə bağlı təhlükəsi olan heyvan növü yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...