Neftçalada marketi dağıdan şəxs sosial şəbəkələrdə məşhur imiş - VİDEO

Neftçalada marketi dağıdan şəxs sosial şəbəkələrdə məşhur imiş -

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Qafqazinfo"ya bildirib ki, hadisəni törədən şəxs saxlanılıb.

Neftçala rayonunda keçmiş məhkum marketə hücum edib.

“Qafqazinfo”nun məlumatına görə, marketə daxil olan şəxs 300 manat tələb edib. Mağaza işçiləri pulu vermədiyi üçün müştəri əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb. Mağaza sahibi 5 min manatdan çox ziyan dəydiyini deyib.
"Görüntülərdən xəbərdarıq. Hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir".

Qeyd edək ki, Azad Təhməzov sosial şəbəkələrdə yayılan videoları ilə də tanınır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...