Azərbaycanlı biznesmen Türkiyədə həbs olundu

Azərbaycanlı biznesmen Türkiyədə həbs olundu

Azərbaycan vətəndaşı Türkiyədə hava limanında saxlanılıb.

Bu barədə Lent.az-a saxlanılan Səid Mahmudovun qardaşı Teymur Mahmudov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Qardaşım Səid Mahmudov Ruslan adlı şəxslə birgə Dubaydan Türkiyəyə, oradan da Azərbaycana telefon gətirib satışı ilə məşğul olurlar. Səid Ruslanın işçisidir. 10 ildir bu fəaliyyətlə məşğuldurlar. Bu gün səhər saatlarında onlar Dubaydan Türkiyəyə gəlib çatanda, hava limanında onları heç bir əsas olmadan polis əməkdaşları qarşılayıb. Ruslan qaçıb, amma qardaşım saxlanılıb”.

T. Mahmudovun sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən onların Azərbaycana gətirdiyi, təxmini qiyməti 200 min manat olan 65 ədəd “Iphone 13 pro” telefona həbs qoyulub. Guya iddia ediblər ki, bu telefonlar qaçaqmaldır".

O bildirib ki, S. Mahmudova 30 sutka həbs cəzası verilib, Ruslan barəsində isə axtarış elan olunub.

Məsələ ilə bağlı Mahmudovlar ailəsi Bakıdakı Türkiyə səfirliyinə üz tutublar. Səfirlikdən isə onlara sabah gəlmələri tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...