Heydərovun biznes imperiyası çökür

Heydərovun biznes imperiyası çökür
"Auto UEI Azerbaijan" şirkəti fəaliyyətini dayandırıb.

Dövlət Vergi Xidmətindən "MediaPost"a verilən məlumata görə, şirkət ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 187 ünvanına bildirə bilərlər.

Mətbuatda dərc olunan məlumatlara görə, "United Enterprises International Ltd" şirkətinin 2009-cu ilin aprelindən fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə Tale Heydərov başçılıq edir. Azərbaycanda UEI-ya birbaşa bağlı digər şirkətlər ("UEI Transport", "UEI Trucks", "UEI Claim and Valuation" və s.) sırasında "Auto UEI Azerbaijan" da olub.

Qeyd edək ki, "Auto UEI Azerbaijan" şirkətinin qanuni təmsilçisi Tahir Cəmil oğlu Muradovdur. Sözügedən şirkətlərə isə "Gilan Holding" MMC-nin direktoru Cəmil Muradovun rəhbərlik etdiyi bildirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...