“Xəyallarımız puç oldu…” - Paşinyanın qızı

“Xəyallarımız puç oldu…” -

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.

Mariam “Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin səsləndirilməsi xoş qarşılanmayıb.

Nikolun qızı statusunda yazıb ki, “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.

Mariam Paşinyanın statusuna görə sosial şəbəkələrdən ciddi təzyiq olunub. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Mariamın Soros qulu olan atası bu ölkəni uçuruma sürükləyib

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist “xəyallar”dır...”. /Virtualaz.org

“Xəyallarımız puç oldu…” -
“Xəyallarımız puç oldu…” -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...