Milli Şuranın "zoom konfransı"nda daha bir qalmaqal - VİDEO

Milli Şuranın "zoom konfransı"nda daha bir qalmaqal -

Milli Şuranın keçirdiyi “zoom-konfransın”dan növbəti görüntü yayılıb.

APA-nın məlumatına görə, Rahim Hacıyevin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" adlandırması ironiya ilə qarşılanıb. Cəmil Həsənli, Vidadi Mirkamal və Gültəkin Hacıbəyli buna etiraz edib. Rahim Hacıyev buna cavab olaraq fikirlərində heç bir qüsur olmadığını deyib, V. Mirkanmal isə belə fikirlərin insanları iyrəndirdiyini söyləyib.

Qənimət Zahid isə ironiya ilə “Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb.

Qənimət Zahid daha sonra bildirib ki, şiddət artırılmalı, Əli Kərimlinin blokadası onlar üçün qoruyucu xətt olmalıdır. O qeyd edib ki, bu şiddətin saxlanılması, təbliğatın aparılması Əli Kərimliyə, Milli Şuraya, AXCP-yə siyasi qazanc gətirir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...