Qaydalara riayət edilməsə, marşrutlar dayandırılacaq - SƏDR

Qaydalara riayət edilməsə, marşrutlar dayandırılacaq -

Bu gün NİM xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritələr üzrə yerləşdirmişik.

Gundeminfo.az xəbər verir ki, bunu Operqərargahın konfransında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib. "Əgər vətəndaşlar qaydalara riayət etməsə, marşrut xətlərinin hərəkətini dayandıracağıq. Bununla bağlı Operativ Qərargaha müraciət edilib", - o qeyd edib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, nəqliyyatın daşınma imkanları karantin rejiminə uyğun hesablanıb: "Amma sərnişinlərin sayı və ictimai nəqliyyatın sayı arasında tərs mütənasiblik yaranıb. Vətəndaşlardan bunu nəzərə almaları xahiş olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...