Si Cinpin Qazaxıstana səfər edəcək

Si Cinpin Qazaxıstana səfər edəcək
Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
89 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...