Öldü, bu günü görmədi... - Həmadanın göz yaşları
Suriyada Əsəd rejiminin devrilməsindən sonra minlərlə insan hökumətin işgəncə həbsxanalarından azad edilib. Lakin amansızlıqla qətlə yetirildiyi məlum olan minlərlə cəsəd də aşkara çıxıb. Həmin cansız bədənlərdən biri də məşhur suriyalı fəal Mazen Həmadaya aiddir.
“Qafqazinfo” xarici KİV-dən topladığı materiallar əsasında Həmadanın iztirablarla dolu həyatından mühüm hissələri təqdim edir:
2010-cu dekabrın 18-də Tunisdə işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləri sonradan öz formatını dəyişir. Bununla da Atlantik okeanından Ərəb dənizinə qədər olan torpaqlarda “Ərəb baharı” adlanan etiraz dalğası başlayır.
2011-ci ilin yanvarında bu prosesə Suriya da qoşulur. Vətəndaş müharibəsi başlayandan sonra, minlərlə suriyalı “yoxa çıxır”.
Həyatda qalmağı bacaranlar isə rejimi insanlıq əleyhinə cinayətlərdə ittiham etməyə başlayır ki, onlar da kütləvi həbsxanalara göndərilir.
Həmin şəxslərdən biri də Həmada idi… O, 2011-ci ildə həbs edilərək işgəncələrə məruz qalır.
Əlləri qanadallı halda mühafizəçilər tərəfindən döyülərək qabırğaları sındırılır. Bədənində siqaret kötükləri söndürülür və ona günlərlə elektroşok verilir. Metal dirəklə zorlama da daxil olmaqla, cinsi təcavüzə məruz qalır.
Həbsindən 1 il 7 ay sonra, 2013-cü ildə ağır travmalarla Niderlanda qaçır orada ona sığınacaq verilir.
Bundan sonra o, Əsəd rejiminin törətdiyi ağlasığmaz cinayətləri ictimailəşdirməklə Suriya həbsxanalarındakı acınacaqlı durumu işıqlandırır. Beləcə dünyada populyarlıq qazanır.
İlk həbsində (2011-2013) başına gələn zorakılıqlarla bağlı ətraflı məlumatı 2017-ci ildə “DW” tərəfindən ərsəyə gələn “Əsəd həbsxanalarından ifadələr” sənədli filmində danışır.
Ailəsi ilə şantaj olunuğu üçün 2020-ci ildə Niderlanddan Suriyaya qayıtmağı seçir.
“Hökumət ona sövdələşmə əsasında güvəndə saxlanılacağı barədə təminat vermişdi. Ona demişdilər ki, Suriyaya qayıtmasa, ailəmiz həbs edilərək öldürüləcək”, - bacısı Lamya danışır.
Lakin verilən vədlər tutulmur. Mazen ölkəyə gələn kimi yenidən həbs edilir.
O vaxtdan ailəsi Haməda ilə bağlı hanısa məlumat ala bilmir...
Əsəd rejimi devriləndən sonra Həmadanın cansız bədəni “qəssabxana” kimi tanınan məşhur Sednaya həbsxanasının nəzdində olan Harasta Xəstəxanasının morqundan tapılır.
Ailəsi hesab edir ki, şahidi olduğu faktlara görə Həmada rejimin dağılmasından qısa müddət əvvəl qətlə yetirilib. Onun cəsədini ekspertiza edən həkim də BBC-yə açıqlamasında bunu təsdiqləyib. Bildirib ki, gəncin bədənində yaxın günlərə aid ağır şiddət və zorakılıq izləri aşkarlanıb.
Ötən gün nəşi torpağa tapşırılan fəal bütün suriyalıların azadlıq simvoluna çevrilib. Onun dəfnində həmvətənliləri izdihamla iştirak edərək, “kaş Suriyanın bu gününü o da görə bilərdi…” kimi şüarlar səsləndirib.
Ömrünün ən gözəl illərini, yazını “Ərəb baharı”na fəda edən Mazen Həmədanın hekayəsi Əsəd rejiminin törətdiyi cinayətlərdən sadəcə biridir.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, ölkədə 100-dən çox həbsxana və insanların saxlandığı sayı bilinməyən müxtəlif gizli obyektlər olub ki, Tadmor və Sednaya yeraltı həbsxanaları bunların arasında daha çox tanınanlardır.
Suriya həbsxanalarında törədilən vəhşiliklərlə bağlı araşdırma aparan “Human Rights Watch” isə (HRW) faktlara dayanaraq gizli zirzəmilərdə işgəncələrə məruz qalan azı 6786 nəfərin həlak olduğunu iddia edir.
Mazen Həmadanın gözyaşları ilə dilə gətirdiyi “Əsəd həbsxanalarından ifadələr” sənədli filmini təqdim edirik:
133 dəfə oxundu