Türkiyənin planı açıqlandı – Suriya belə idarə olunacaq
Keçid dövründən sonra Suriyanın yeni hökuməti ölkənin şimalında tətbiq edilən Türkiyə modeli əsasında təşkil oluna bilər.
Bu barədə “Türkiyə” qəzeti hökumət və hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadla yazır.
Nəşrə danışan rəsmilər deyirlər ki, yeni dövrdə Suriyada hökumət Türkiyənin dəstəklədiyi milli qüvvələrdə olacaq:
“Ankara şimalda yaradılmış təhlükəsiz zonanı idarə edən administrasiyasını hərbi və inzibati baxımdan hazırlayıb. Beş milyon insanın yaşadığı bölgə Türkiyənin təşəbbüsləri əsasında idarə olunur. İdarəetmə bələdiyyə xidmətlərindən orduya, polisə, təhsil müəssisələrinə və digər dövlət qurumlarına qədər formalaşdırılıb. İndi bu model Suriyada istifadə ediləcək”.
AKP-dəki mənbələr də qəzetə Suriyada iqtisadi-siyasi islahat planları barədə məlumat veriblər. Nəşrin məlumatına görə, hazırda Türkiyə ilə sıx əlaqələri olan 10 milyona yaxın suriyalı var, onlardan 5 milyonu təhlükəsiz zonada yaşayır, 1.5 milyonu Türkiyə vasitəsilə Avropaya keçib, 3 milyonu isə Türkiyə ərazisindədir. Onların ən azı 5 milyonu türkcə danışır ki, bunun da Türkiyə üçün əhəmiyyətli bir rəqəm olduğu qeyd edilir.
Türkiyə mənbələrinə görə, Ankara Suriyada bütün baxışların təmsil olunacağı bir quruluş və bütün seqmentlərin yüksək səviyyədə təmsil olunacağı bir sistem yaratmaq istəyir.
Prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyada keçid hökuməti qurulub. Müvəqqəti hökumətin Baş naziri Məhəmməd əl-Bəşir təyin edilib./teleqraf.com
134 dəfə oxundu