Yeni dələduzluq növü - Yaşlı insanlara zəng edirlər

Yeni dələduzluq növü -
Kiber cinayətkarlıq distant formada təşkil olunur. Kiber məkanda naməlum şəxslərlə ünsiyyətdə "sıfır etibar” anlayışı, "danışdığın adamı tanı” prinsipi nə qədər ki, insanların həyat tərzinə çevrilməyib, talamalar davam edəcəkdir.

İyunun 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından 100, 490, 628, 2400, 1500, 536, 357, 90 manat şəxsi məlumatların naməlum şəxslərə verilməsi nəticəsində oğurlanıb.

Bu barədə Qaynarinfo-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dələduzluq yolu ilə daha bir neçə fakt üzrə - 29660, 6800, 4000, 1400, 1000, 811, 500, 320 manat talanaraq naməlum hesablara köçürülüb. Əlavə və yüksək gəlirli, qazanclı faiz, investisiya adı altında 29660, alış-veriş saytında saxta elan vasitəsilə 6800, "nəvəniz Moskva şəhərində problemin içindədir, onu xilas etmək üçün sizə zəng edilməsini və sizdən pul götürməyimizi dedi, təcili pul lazımdır”, deməklə 4000 manat pul vəsitlərini dələduzluq yolu talayıblar.

Bütün müdaxilələr - zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...