Emin Ağalarov eyni xanımla yenidən evləndi

Emin Ağalarov eyni xanımla yenidən evləndi
Xalq artisti Emin Ağalarov rusiyalı model, keçmiş həyat yoldaşı Alyona Qavrilova ilə yenidən evlənib.

Kult.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı Emin Ağalarov mayın 26-da 36 yaşlı Alyona ilə Moskvanın qeydiyyat idarələrindən birində nikah masasına əyləşib.

Cütlük restoranların birində dostları ilə birgə kiçik məclis təşkil edib. Toyda ulduz ifaçılar Basta və Jah Khalib yeni evlənənlər üçün sevilən hitlərini ifa ediblər.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurmuşdu. Onların Afina adlı bir qızı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...