Aysun Mirişliyə hökm oxundu

Aysun Mirişliyə hökm oxundu

Narkotik dövriyyəsində ittiham edilən tiktoker Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.

Gundeminfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.

Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...