Gəncə İdman Sarayında 4 nəfər zəhərləndi

Gəncə İdman Sarayında 4 nəfər zəhərləndi

Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.

Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...