İstefa verən Rüfət Hacıyevdən XƏBƏR VAR: "Vəzifəmdən ayrılıram, lakin..."

İstefa verən Rüfət Hacıyevdən XƏBƏR VAR:
"Ölkəmizdə son onillikdə təhsil islahatlarının həyata keçirilməsi prosesində daim nazirliyimizin və əziz həmkarlarımın dəstəyi üzərimdə olub. Bu illər ərzində daim nazirliyimizin prinsiplərinə uyğun addım atmışam".

Musavat.com xəbər verir ki, bunu ötən gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən istefa verən Rüfət Hacıyev bildirib.

O, bunları əlavə edib: "Bütün qazandığımız uğurlar və region təhsilində həyata keçirilmiş inkişaf yönümlü tədbirlər məhz sizlərin iradəsi, dəstəyi sayəsində mümkün olub. Bu uzun və şərəfli yolda məhz sizlərlə birgə addımlamışam və sizlərin ictimai rəyi mənə stimul verib. Bütün bunlara rəğmən mən bir fərd olaraq çox yorulmuşam və estafeti digərlərinə ötürməyin vaxtının çatdığını düşünürəm. Vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlərlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm. Bir daha hamınıza təşəkkür edirəm və bir təhsil işçisi olaraq sizlərin yanındayam".

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub. O, işdən çıxarılması ilə bağlı ərizə yazıb. Onun ərizəsi qəbul olunub və işdən çıxarılıb.

Onu da nəzərə çatdıraq ki, bir neçə gün əvvəl mətbuatda onun 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...