Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yaydı

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yaydı
Son vaxtlar müxtəlif internet resursları vasitəsilə Azərbaycan vətəndaşlarına xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...