Gədəbəyə dolu düşüb

Gədəbəyə dolu düşüb
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə APA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...