“Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”- XİN rəhbəri

“Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”-

“Tehran hesab edir ki, Qafqaz regionunda gərginlik Cənubi Qafqazın üç ölkəsinin (Azərbaycan, Ermənistan və Gürcüstan), eləcə də bu regionun üç yaxın qonşusunun (Rusiya, İran və Türkiyə) iştirakını nəzərdə tutan “3 + 3" formatı çərçivəsində həll oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Əlbəttə ki, biz “3 + 3” mexanizmi vasitəsilə, eləcə də mövcud mexanizmlər vasitəsilə güc tətbiq etmədən bu regionda məsələləri həll etməliyik”, - o, rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra mətbuat konfransında deyib.
“Biz hesab edirik ki, sülh və sabitliyə doğru hərəkət etmək lazımdır”, - deyə o əlavə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...