İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar istismara veriləcək

İlin birinci yarısında Qarabağ ərazisində avtomat meteoroloji stansiyalar istismara veriləcək

Bu ilin birinci yarısında Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Rafiq Verdiyev məlumat verib.

Rafiq Verdiyev bildirib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır:

“Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonları ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun keyfiyyəti nəzarətdə saxlanılır”.

Onun sözlərinə görə, innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2 ədəd dopler radar, 17 dəst meteoroloji, 1 dəst aqrometeoroloji stansiya istifadəyə verilib:
“Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib. Bu ilin birinci yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub”.

“Bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən Erkən Xəbərdarlıq Sisteminin təməli qoyulur”, - deyə xidmət rəsmisi əlavə edib.

Qeyd edək ki, 23 mart “Ümumdünya Meteorologiya Günü” kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...