Mirzoyan və Lavrov Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcək

Mirzoyan və Lavrov Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada keçiriləcək görüşdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

APA xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan parlamentdə çıxışı zamanı deyib.
“Hamımız bilirik ki, Rusiya Aİ missiyasına həssas yanaşır və biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın günlərdə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır və Aİ missiyasına dair məsələlər gündəmdə olacaq”, – Hovhannisyan qeyd edib.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2120 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...