Jurnalist məhkəməni uddu - işinə bərpa olundu

Jurnalist məhkəməni uddu -


Nərimanov Rayon Məhkəməsində jurnalist Qaşqay Ziyəddinoğlunun Yeni Azərbaycan Partiyasının (YAP) təsisçisi olduğu “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.

Bu barədə Pravda.az-a jurnalistin özü məlumat verib. Belə ki, hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən məhkəmə baxış iclasında iddiaçı ilə yanaşı, “Yeni Azərbaycan” qəzetini təmsil edən vəkil, Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin numayəndəsi də iştirak edib.

Əvvəlcə iddiaçı Qaşqay Ziyəddinoğlu çıxış edərək qanunsuz işdən uzaqlaşdırıldığını əmək qanunvericiliyinə əsasən, geniş şəkildə izah edib. Daha sonra Dövlət Əmək Müfəttişliyinin Bakı Şəhər İdarəsinin nümayəndəsi işlə bağlı fikrini bildirib. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayevin vəkili də çıxış edərək cavabdeh tərəfin haqlı olduğunu iddia edib.

Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra Nərimanov Rayon Məhkəməsi iddianın təmin edilməsi, o cümlədən jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanovun işdən azad edilməsi haqqında qərarın ləğvi, işə bərpa olunması və işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə məhkəmənin qərarını elan edib.

Xatırlatma: İlk hazırlıq iclası cari ilin sentyabr ayının 27-də baş tutan məhkəmə iddiası jurnalist Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...