Gələn ilin yaşayış minimumu bəlli oldu - 136 manat

Gələn ilin yaşayış minimumu bəlli oldu -


Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən son plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb.

Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur. İcmal büdcəsinin tərkib hissəsi olan DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək. Fondun xərclərinin 35,6%-i və yaxud 1 100,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfer, 1 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

Fondun xərclərinin 95,5%-i və yaxud 2 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalan 155, mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, fondun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək. Həmçinin Milli Məclisin 2016-cı il üçün xərclər smetası da təsdiq edilib və bu göstərici 2 milyon 745 min 955 manat təşkil edəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...