Oktyabrın 18-dək hava qeyri-sabit keçəcək, bəzi yerlərdə qar yağacaq

Oktyabrın 18-dək hava qeyri-sabit keçəcək, bəzi yerlərdə qar yağacaq


Bakı və Abşeron yarımadasında oktyabrın 16-da arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru isə 12 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütuna yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...