Ramil Usubov bütün polis rəislərini nazirliyə toplayır

Ramil Usubov bütün polis rəislərini nazirliyə toplayır


Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək. APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin 9 ayənda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...