Azərbaycanda bütün binaların zəlzələyə davamlılığı yoxlanacaq

Azərbaycanda bütün binaların zəlzələyə davamlılığı yoxlanacaq


“Həm hündür, həm orta, həm də aşağı mərtəbəli binaların seysmoloji vəziyyəti yoxlanılacaq”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bununla bağlı yaxın günlərdə Almaniya ilə protokol imzalanacaq: “Bu iş üçün maliyyəni Almaniya ayıracaq. Xüsusi cihazlar alınacaq, eyni zamanda, bizim əməkdaşlarımıza Almaniyada treninqlər keçiriləcək”.

Q. Yetirmişli qeyd edib ki, binaların seysmoloji vəziyyətinə ətraf mühitin, yeraltı proseslərin, tikinti materialların təsiri öyrəniləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...