Azərbaycanda bəzi vətəndaşlara pulsuz evlər veriləcək

Azərbaycanda bəzi vətəndaşlara pulsuz evlər veriləcək


Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”ni təsdiq edib.

APA-nın məlumatına, Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanında yerləşən müəssisə milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Xidmətin vahid sisteminə daxildir, qeyri-kommersiya hüquqi şəxsdir, müvafiq xəzinə hesabına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştampa və digər rekvizitlərə malikdir.

Müəssisənin əsas vəzifələri valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları yaşayış sahəsi, yaşayış sahələrini məişət avadanlıqları və inventarlarla təmin etmək, eyni zamanda yaşayış sahələrinin su, qaz, istilik və elektrik təchizatı sistemlərinin normal işləməsini, məzunların şəxsi və ailə həyatına dair məlumatların konfidensiallığını, sanitariya-gigiyena və əks-epidemik norma və qaydalarına riayət olunmasını təmin etmək, müəssisədə yanğından mühafizə, əməyin mühafizəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işləri həyata keçirməkdən ibarətdir. Müəssisədə ödənişli məişət və ictimai iaşə xidmətləri göstərilə bilər.

Təhsil Nazirliyi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Müəssisənin strukturu və ştat cədvəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiqlənir.

Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 ay müddətində müəssisə tərəfindən ödənilir. Müəssisədə məskunlaşmış dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə müəssisə tərəfindən ödənilir. Müəssisənin maliyyələşdirilməsi dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxilolmalar hesabına həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...