Təhsil Nazirliyindən ali məktəblərə çağırış - təhsil haqlarını aşağı salın

Təhsil Nazirliyindən ali məktəblərə çağırış -


Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilməsi üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib.

C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək: “Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır. Yeni tikintilər aparıldıqda, təmir işləri görüldükdə bu məsələlərin nəzərə alınması dövlətin diqqətindədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...