“İdmançı idilər, gücüm çatmadı, vurdum..." - İt davasında adam öldürən şəxs

 “İdmançı idilər, gücüm çatmadı, vurdum..." -



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil bağında qətl törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Elçin Çobanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli hesab edib. O, ifadəsində hadisə baş verən gün həyat yoldaşının arxasınca universitetə getdiyini göstərib: “Yoldaşım və 3 rəfiqəsi axsam hava qaraldığına görə mənimlə gedirdi. Qızlar qabaqda gedirdi. Mən isə onlardan beş-altı addım geridə gedirdim. Sahil bağında köşkün yanından keçən qabaqdan idmançı görkəmində iki oğlan gəlirdi. Onlar it gəzdirirdilər. İt qızlarının yanından keçəndə hürməyə başladı. Qızlar qorxdular. İt gəzdirənlərdən olan Həsən Əliyev qızlara “qorxmayın, dişləmir” dedi, güldü.

Onlara yaxınlaşıb söhbət etmək istədim, mübahisə düşdü. Orxan mənimlə söyüşlə danışmağa başladı. Həsən və Orxan məni itələyə-itələyə qırağa çəkdilər, yumruqla vurdular. Cibimdən bıçaq çıxarıb onları qorxutmaq istədim. Özüm də bilmədən Orxana və Həsənə zərbə endirdim. Məqsədim onları qorxutmaq olub, öldürmək yox. Hər ikisi idmançı idi, onlara gücüm çatmırdı. İti də üstümə hürdürürdülər”.
 “İdmançı idilər, gücüm çatmadı, vurdum..." -



Təqsirləndirilən şəxs heç vaxt qanunsuz hərəkətə yol vermədiyini deyib: “Şoka düşdüm, hadisə yerindən qaçdım. Axşamı Həsənin öldüyünü eşitdim, polisə gedib özüm təslim olmuşam”. Zərərçəkmiş Sevda Həsənova ifadəsində oğlunun tərbiyəli, əxlaqlı uşaq olduğunu deyib: “Oğlum qohumumuz Viktoriya İmamverdiyevanın itini gəzdirməyə getmişdi. Sanki ürəyimə nəsə danmışdı. Həmin gün ürəyim sıxılırdı. Gecə Səbayel Rayon Polis İdarəsi 39-cu polis bölməsindən zəng gəldi, dedilər dava olub və başınız sağolsun. Mənim gözümün ağı-qarası bir oğlum vardı, indi yoxdur. Siz gözü yaşlı qalmış ananın ahının yerdə qoymayın. Bu işə ədalətli baxın”.

Zərərçəkən Orxan Məmmədzadə ifadəsində təqsirləndirilən şəxsin yalan danışdığını bildirib: “Biz Həsənlə 3 ildən artıqdır ki, dostluq edirik. Mən peşəkar boksçuyam. Həsən də qaydasız döyüşlə məşğul olub. Hadisə olan günü Sahil bağında görüşdük. Həsən qohumun itini gəzdirirdi. Bu vaxt qarşımıza 4 qız çıxdı. Qızlar iti görəndə bir az geri çəkildi. Həsən dedi ki, narahat olmayın, it tutan deyil.

Onlar yoluna davam elədi. Bu vaxt Elçin bizə yaxınlaşıb “tuta da bilməz” dedi. Başladı bizimlə mübahisə etməyə. Bu vaxt Elçin mənim qarın nahiyəmə iki dəfə bıçaq zərbəsi vurdu. Mən birinci elə bildim ki, yumruqdur. Bu vaxta Həsən də Elçinin bıçağını əlindən almağa çalışdı. Elçin onun sinəsinə bir zərbə vurdu. Həsən üzümə baxıb “məni vurdu” dedi. Elçin hadisə yerindən qaçmağa başladı. Mən də onun dalınca qaçdım. Yaralı idim, ona çata bilmədim. Tez Həsənin yanına gəldim. Həsən yerdə uzanmışdı, dili qatdalanmışdı. Orda olanlar kömək edirdilər. Təcili tibbi yardım çağırılmışdı”.

Şahid qismində Elçin Çobanovun həyat yoldaşı Leyla Çobanova ifadəsində Orxangilin Elçini təhqir etdiklərini göstərib: “Elçini itələməyə başladılar. Biz səs-küy saldıq, heç kim köməyə gəlmədi. Elçin bıçaq çxıarıb özünün müdafiə etmək istədi. Sonra bir anlıq nəsə oldu, Həsən yerə yıxıldı. Elçin oradan qaçdı, Orxan da dalınca. Bir müddətdən sonra Orxan ora qayıtdı. Biz də çıxıb getdik.

Mən gedəndə təcili tibbi yardım maşını da ora gəlmişdi. Axşam Elçin evə gəldi. Mənə dedi ki, Həsən ölüb. Polisə təslim olmağa getdi”.
 “İdmançı idilər, gücüm çatmadı, vurdum..." -

Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 6-da Sahil bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib.
Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o, həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...