Namizədlərin sayı 743-ə çatdı

Namizədlərin sayı 743-ə çatdı


Milli Məclisə 1 noyabrda keçiriləcək seçkilərlə əlaqədar bu günə qədər 743 nəfərin namizədliyi irəli sürülüb.

Məkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu şəxslərdən 369 nəfərinin namizədliyi siyasi partiyalar, 29 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 343 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. Namizədliyi irəli sürülən 743 nəfərdən 558 nəfərin namizədliyi təsdiq olunub və onlardan 469 nəfəri imza vərəqi alıb. Imza vərəqi alan 469 nəfərdən 30 nəfər artıq imza vərəqlərini qaytarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...