Leysan Quba və Qusarda yaşayış evlərini dağıdıb

Leysan Quba və Qusarda yaşayış evlərini dağıdıb


Quba, Qusar rayonlarında yağan leysan yağşlar fərdi yaşayış evlərnə dolub, bir ev uçub. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin həyətyani sahələrinə və zirzəmilərinə su dolub.

Nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs cıxarılaraq aidiyyatı üzrə təhvil verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hazırda nazirliyin qüvvələri hadisə yerində su çəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...