Fazil Mustafa namizəd olacağı dairəni açıqladı

Fazil Mustafa namizəd olacağı dairəni açıqladı


Millət vəkili Fazil Mustafa qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Avropa.info xəbər verir ki, bu barədə millət vəkili öz "Facebook" profilində məlumat yayıb. F. Mustafanın yaydığı statusda deyilir:

"Artıq seçki kampaniyasına start vermişəm. 26 saylı 1-ci Sabunçu seçki dairəsindən yenidən namizədliyim partiyamız tərəfindən irəli sürülüb. Bu seçki dairəsi ancaq Bakıxanov qəsəbəsini əhatə edir. Artıq kampaniya üçün əksər texniki işləri tamamladıq. Seçicilər etimad göstərərsə, biz yenə də öz müstəqil düşüncəmizlə, obyektiv mövqeyimizlə insanlarımız üçün faydalı işlər görməyə Allahın köməyi ilə davam etmək niyyətindəyik. Bu kampaniyada səmimi şəkildə bizə real dəstək vermək niyyətində olan hər kəsə öncədən təşəkkürümü bildirirəm. Burada qanunvericiliyə uyğun şəkildə seçki kampaniyamızın gedişi barədə vaxtaşırı məlumatlar verəcəyik. Sabahdan seçki qərərgahımız da Bakıxanov qəsəbəsində Sabunçu rayon ATS-lə üz-üzə binanın birinci mərtəbəsində fəaliyyətə başlayacaqdır."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...